xari

Putinin sözçüsü: "Universitetin tələbəni mitinqdə iştiraka görə qovmaq hüququ var"

SİYASƏT
14:54 22.01.2021
525
"Tələbələrin bu və ya başqa aksiyalarda iştirakı, qeyd-şərtsiz, tələbələrin şəxsi işidir. Ancaq tələbələrin qanunsuz aksiyalarda iştirakı, sözsüz, bu təhsil müəssisələrinin rəhbərliyindən müxtəlif yanaşmalara səbəb ola bilər, hər bir təhsil müəssisəsinin bununla bağlı öz siyasəti ola bilər”.
 
Bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov söyləyib.

"Bundan əlavə, əlbəttə ki, Təhsil Nazirliyinin də bununla bağlı ümumi mexanizmləri ola bilər”, - o əlavə edib.

Xatırladaq ki, yanvarın 18-də Aleksey Navalnı Almaniyadan müalicədən qayıtdıqdan sonra Rusiyanın paytaxtı Moskvada hava limanında həbs olunub. O, sınaq müddətini dəfələrlə pozmaqda təqsirli bilinir. Siyasətçi bütün ittihamların uydurma olduğunu və birbaşa ölkə başçısının sifarişi ilə irəli sürüldüyünü iddia edir. A.Navalnının həbsindən 1 gün sonra onun yutub kanalında Rusiya Prezidenti Vladimir Putinin yaxın ətrafı ilə birgə qurduğu korrupsiya sxemləri və sarayı barədə 2 saatlıq sənədli film yayımlanıb. Video qısa zamanda 55 milyondan çox izləmə sayı toplayıb. Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrin trend videolar sırasında yer alıb.

Yanvarın 23-də müxalifətçinin həbsinə etiraz olaraq Rusiyanın bir çox bölgələrində kütləvi aksiyaların keçirilməsi planlaşdırılır.
 
///Report

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:44 28.02.2021

Xorvatiya nəşrində Qarabağ haqqında geniş reportaj dərc olunub - FOTO

23:35 28.02.2021

“Meyvəli” bazarındakı yanğın söndürüldü - VİDEO

23:15 28.02.2021

Samuxda iki nəfər bıçaqlandı

22:49 28.02.2021

“Atlantico” nəşri: Fransa 1992-ci ildəki soyqırımını tanıyaraq mövqeyini yenidən balanslaşdıra bilər

22:39 28.02.2021

Fransa mətbuatı: Qarabağda döyüşən Fransa vətəndaşları barədə ilkin istintaq başlanıb

22:31 28.02.2021

Yevlaxda yol qəzasında ölənlərin və yaralıların şəxsiyyəti məlum oldu

22:10 28.02.2021

“Meyvəli” bazarında yanğın başlayıb

22:00 28.02.2021

ABŞ-da daha 68 min nəfər koronaviursa yoluxub

21:11 28.02.2021

Fransa qəzetində “Qarabağda müharibəsonrası vəziyyət və sülhün problemləri” müzakirə olunub

21:01 28.02.2021

Fransa mediasında “Qarabağın ruhlar şəhəri Ağdam”dan reportaj

20:32 28.02.2021

Azərbaycanda müğənni ürək tutmasından vəfat etdi

20:16 28.02.2021

Fransa portalında Zəngilanla bağlı reportaj dərc olunub

20:15 28.02.2021

S.Bussua: “Azərbaycan “Qafqazın əjdahası”na çevrilib”

19:57 28.02.2021

İranın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırıldı

19:35 28.02.2021

“General de Europe”: Azərbaycanlı qaçqınlar 27 il əvvəl qovulduqları torpaqlara qayıtmağı gözləyirlər

19:31 28.02.2021

“Azərişıq”dan smart kart ödənişi haqqında yayılan iddialarla bağlı AÇIQLAMA