00:14 şənbə, 24 Avqust 2019
İDMAN

"Qarabağ" - "Partizani" matçının hakimləri açıqlandı

10:36, 15.07.20191996
Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində "Qarabağ"la "Partizani" arasında keçiriləcək cavab oyununun hakimləri açıqlanıb.

AZXEBER.COM matc.az-a istinadən xəbər verir ki, UEFA Bakıdakı qarşılaşmaya Moldovadan olan hakimlər briqadasını göndərir.

Görüşü Dumitru Muntian idarə edəcək. Ona Vladislav Lifçiu və Andrey Bodyan kömək edəcəklər. Qarşılaşmada 4-cü hakim funksiyasını Aleksandru Tean yerinə yetirəcək. Hakimlərin işinə hakim-inspektor Uilliam Yanq (Şotlandiya) qiymət verəcək. Matçın UEFA nümayəndəsi isə ingiltərəli Maykl Foster olacaq.

Qeyd edək ki, "Qarabağ" - "Partizani" görüşü iyulun 17-də "Dalğa Arena"da keçiriləcək.
XƏBƏR LENTİ