04:48 Bazar Ertəsi, 26 Avqust 2019
İDMAN

“Qarabağ” turu keçsə, “Ayaks” ilə qarşılaşa bilər

16:20, 18.07.20192539
“Qarabağ” turu keçsə, “Ayaks” ilə qarşılaşa bilər
"Qarabağ”ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

Ağdam klubu  2-ci təsnifat mərhələsində  İrlandiyanın "Dundalk” klubunu mübarizədən kənarlaşdırarsa, səpələnəməmişlər səbətində yer alacaq.

Bu isə o deməkdir ki, iyulun 22-də keçiriləcək püşkatmada "Qarabağ”a nisbətən reytinqi yüksək olan, səpələnmişlər səbətindəki komandalardan biri ilə düşə bilər.

Çempionlar Liqası, III təsnifat mərhələsi
 
Səpələnmişlər: "Ayaks” (Hollandiya), "Seltik” (Şotlandiya) – "Nomme Kalyu” (Estoniya) cütünün qalibi,  "Kopenhagen” (Danimarka) - TNS (Uels) cütünün qalibi, "Dinamo” (Zaqreb, Xorvatiya) - "Saburtalo” (Gürcüstan)   cütünün qalibi, BATE (Belarus) – "Rusenborq” (Norveç) cütünün qalibi, APOEL (Nikosiya, Kipr) - "Sutyeska” (Monteneqro) cütünün qalibi
 
Səpələnməmişlər: PAOK (Yunanıstan), "Dandolk” (İrlandiya) – "Qarabağ” (Azərbaycan) cütünün qalibi, "Maribor” (Sloveniya) – AIK (İsveç) cütünün qalibi, "Srvena Zvezda” (Serbiya) – HİK (Finlandiya) cütünün qalibi,  "Makkabi” (Tel-Əviv, İsrail) - "CFR Kluj" (Rumıniya) cütünün qalibi, "Ferensvaroş" (Macarıstan) – "Valetta" (Malta) cütünün qalibi 

///Qol.az
XƏBƏR LENTİ