19:17 çərşənbə, 22 Yanvar 2020
İDMAN

"Qarabağ"ın "Dandolk"la oyunlarının vaxtı açıqlandı

12:29, 18.07.20193810
"Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiyanın "Dandolk” komandasına qarşı keçirəcəyi oyunların tarix və saatları açıqlanıb.

AZXEBER.COM Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, ilk matç iyulun 24-də Dandolk şəhərindəki "Oriel Park” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Cavab qarşılaşması isə iyulun 31-də Bakıda "Dalğa Arena”da olacaq. Matç saat 21:00-da start götürəcək.

Qeyd edək ki, "Qarabağ” I mərhələdə Albaniya çempionu "Partizani”ni, "Dandolk” isə Latviyanın "Riqa” kollektivini mübarizədən kənarlaşdırıb.

WordPress Hostinq
7.99 AZN -dən başlayan qiymətlərlə
• Pulsuz Domen
• Pulsuz SSL Sertifikat
• 20GB Disk Həcmi
• 1 Hesabdakı saytlar
• Limitsiz E-poçt
Daha ətraflı informasiya üçün: https://hostimul.com/az/hosting-azerbaycan/

XƏBƏR LENTİ