BAKU AZƏRBAYCAN
8°C
euro 1.8710
dollar 1.7010
rubl 0.0268
lirə 0.2700

Qayınanası ilə bağlı sual Aynişanı əsəbiləşdirdi

Qayınanası ilə bağlı sual Aynişanı əsəbiləşdirdi
MAQAZİN
13:02 20.02.2020
9956

Bir müddət öncə ailə quran Aynişan qayınanası haqqında danışıb.

AZXEBER.COM BAKU.WS-ə istinadən xəbər verir ki, Aynişan "İnstagram"ın "Story" bölümündə izləyicilərinin suallarını cavablandırarkən "Qayınananızla yaşayırsınız, yoxsa ayrı?" sualı ilə qarşılaşıb.

Aynişan digər suallara qısa cavab yazsa da, bu sualı ətraflı cavablandırıb: "Bu sualı çox insan yazıb. Mənim anlamadığım bilirsiniz nədir? Niyə məhz qayınananı vurğulayırsınız? Əgər söhbət ailə içində yaşamaqdan gedirsə, o evdə qayınata, baldız, qayın da ola bilər. Niyə sadəcə qayınananı soruşursunuz? Niyə bu qədər önyarqılısınız? Niyə qayınana ilə yaşamağı faciə kimi qəbul edirsiniz? Kaş ki, qayınanam ilə yaşayardım. Qızıl kimi insandır. Çox sevirəm, hədsiz çox. Sevdiyim insanı dünyaya gətirən varlıqdır. Necə sevməyim axı? Kaş ki, hər insan gəlinini onun qədər sevə!"

OXŞAR XƏBƏRLƏR