xari

Qurban Qurbanov: "Qəbələdə oynamaq hər zaman bizim üçün çətin olub"

İDMAN
17:49 20.12.2020
374
"Çox danışılası bir şey yoxdur. Belə oyunlar nadir hallarda olur. Çoxlu qol epizodları qaçırdıq və sonda bir xal qazandıq. Həmişə qazandığımız xalı müsbət saymışam. Futbolçular pis oynamadı, lakin hər matçda bu qədər qol epizodu olmur".

Bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XII turunda səfərdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra mətbuat konfransında deyib.

48 yaşlı mütəxəssis bildirib ki, Qəbələdə oynamaq hər zaman onlar üçün çətin olub.

OXŞAR XƏBƏRLƏR