17:56 Bazar Ertəsi, 17 Fevral 2020
Maqazin

Rəşad Haşımov “Rast”ın solisti ilə evləndi

10:07, 21.01.20204258
Rəşad Haşımov “Rast”ın solisti ilə evləndi
"Rast” qrupunun yaradıcısı və rəhbəri, Əməkdar artist Rəşad Haşımov ikinci dəfə ailə həyatı qurub. 
 
AZXEBER.COM xəbər verir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 49 yaşlı məşhur musiqiçi rəhbəri olduğu qrupun solisti, Əməkdar artist Lamiyə Kərimova ilə evlənib. 

Toy bir neçə gün bundan əvvəl Bakının tanınmış restoranlarının birində baş tutub.  Məclisə çox az sayda qonaqlar dəvət olunub və qapalı keçirilib.  

Səbəbkarlar toyda iştirak edən qonaqlardan hər hansı bir görüntülərin sosial şəbəkələrdə paylaşılmamasını xahiş ediblər. 

Qeyd edək ki, R. Haşımov Xalq artisti Ceyran Haşımovanın oğludur və bir müddət əvvəl ilk evliliyindən boşanıb. Onların bu nikahdan iki övladı var və əməkdar artist eyni zamanda, nəvə sahibidir
XƏBƏR LENTİ