BAKU AZƏRBAYCAN
8°C
euro 1.8710
dollar 1.7010
rubl 0.0268
lirə 0.2700

Rəşad Sadıqov “Partizani”yə qarşı oynayacaq?

Rəşad Sadıqov “Partizani”yə qarşı oynayacaq?
İDMAN
11:21 06.07.2019
3735
"Qarabağ”ın kapitanı Rəşad Sadıqov  ümumi məşqlərə başlayıb.

AZXEBER.COM xəbər verir ki, o, dünən komanda ilə hazırlıqlarda iştirak edib. 37 yaşlı müdafiəçi son məşqlərin birində zədələndiyi üçün onun Çempionlar Liqasının birinci təsnifat mərhələsində "Partizani” ilə ilk matçda meydana çıxması sual altında idi. Amma zədəsini tez sağaldan Rəşadın  Albaniya klubu ilə ilk görüşdə iştirak ehtimalı yüksəkdir.

Xatırladaq ki, "Partizani” ilə ilk oyun iyulun 10-u Tiranada, cavab qarşılaşması iyulun 17-si Bakıda olacaq.

OXŞAR XƏBƏRLƏR