07:53 Bazar Ertəsi, 27 Yanvar 2020
SOSİAL

Rusiyadan gələn kosmetika Azərbaycana buraxılmadı - FOTO

14:42, 14.12.20193771
Rusiyadan gələn kosmetika Azərbaycana buraxılmadı - FOTO
Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan həmin ölkə vətəndaşının idarə etdiyi "Toyota RAV 4" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

AZXEBER.COM bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, baxış zamanı nəqliyyat vasitəsinin arxa oturacağının alt hissəsində və yük yerindəki boşluqlarda gömrük nəzarətindən gizlədilən 20 adda 506 ədəd müxtəlif növ kosmetik vasitələr aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.
 

 



WordPress Hostinq
7.99 AZN -dən başlayan qiymətlərlə
• Pulsuz Domen
• Pulsuz SSL Sertifikat
• 20GB Disk Həcmi
• 1 Hesabdakı saytlar
• Limitsiz E-poçt
Daha ətraflı informasiya üçün: https://hostimul.com/az/hosting-azerbaycan/

XƏBƏR LENTİ