13:11 çərşənbə, 29 Yanvar 2020
İDMAN

Rusiyalı idmançılar Gürcüstana getməkdən imtina ediblər

22:49, 19.07.20196553
Rusiyalı idmançılar Gürcüstana getməkdən imtina ediblər
Rusiya Reqbi Federasiyası avqustun 27-də Tbilisidə keçiriləcək oyunda iştirakdan imtina edib.
 
 AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, federasiya bunu rusiyalı millət vəkillərinin Gürcüstana gəlməsindən sonra ölkədə yaranan ictimi-siyasi vəziyyətlə əlaqələndirib. "Rusiya Reqbi Federasiyası Gürcüstanda, xüsusilə də Tbilisidə baş verən hadisələrlə əlaqədar dərin narahatlıq keçirir. Təəssüf ki, Gürcüstan ərazisindəki insanların ritorikası ictimai qayda-qanunun pozulmasına və bu ölkədəki insanların həyatına təhlükə yaranmasına səbəb olur. Yaranmış vəziyyətlə əlaqədar olaraq Rusiya Reqbi Federasiyası Gürcüstanla Rusiya arasında keçiriləcək oyunun, böyük ehtimal ki, baş tutmayacağını bildirir", - deyə federasiyanın bəyanatında qeyd olunub.

WordPress Hostinq
7.99 AZN -dən başlayan qiymətlərlə
• Pulsuz Domen
• Pulsuz SSL Sertifikat
• 20GB Disk Həcmi
• 1 Hesabdakı saytlar
• Limitsiz E-poçt
Daha ətraflı informasiya üçün: https://hostimul.com/az/hosting-azerbaycan/

XƏBƏR LENTİ