Şair İsmayıl Dadaşov vəfat edib

MƏDƏNİYYƏT
22:05 22.10.2020
657
Bir çox filmdə musiqi tərtibatçısı və musiqi redaktoru kimi çalışmış şair, bəstəkar İsmayıl Dadaşov bu gün vəfat edib. 

Bu barədə "Azərbaycanfilm" kinostudiyasının sosial media hesabında məlumat verilib. 

"Azərbaycanfilm” kinostudiyasının rəhbərliyi və kollektivi İsmayıl Dadaşovun vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verirlər.

Allah rəhmət eləsin!

OXŞAR XƏBƏRLƏR