11:47 çərşənbə, 22 Yanvar 2020
SOSİAL

Şəhid batalyon komandirinin qızı Harvarda qəbul oldu - FOTO

14:41, 15.12.20194293
Şəhid batalyon komandirinin qızı Harvarda qəbul oldu - FOTO
Xocavənd batalyonun komandiri İlhas Hüseynovun qızı Nigar Mövsümlü Harvard universitetinin magistraturasına qəbul olub. 
 
AZXEBER.COM xəbər verir ki, bu barədə xəbəri  Qarabağ Qazisi, hərbi icmalçı Nazim Bayram feysbuk səhifəsində yazıb.

Qeyd edək ki, Nigar Mövsümlü Qarabağ həqiqətlərini dünyaya çatdırmaq işində beynəlxalq gənclər və tələbə meydançalarında faəl olan gənclərdəndir. 
 
Mövsümlü Nigar İlyas qızı 10 avqust 1993-ü ildə anadan olmuşdur. İlk ali təhsilini Qafqaz Universitetində Biznesin idarə edilməsi ixtisas üzrə alan Nigar təhsilini Türkiyənin Hacəttəpə Universitetində davam etdirmişdir. 2014-2017-ci illərdə Deloitte Audit ve Konsaltinq şirkətində Auditor/Konsultant, 2017-ci ildən hal-hazıra kimi Unilever istehsalatçı firmasında Azərbaycan və Gürcüstan ölkələri üzrə  müdir müavini vəzifəsində çalışır. Nigar Mövsümlü həm də Dağlıq Qarabağın Azərbaycanlı İcması İdarə Heyətinin üzvüdür.
XƏBƏR LENTİ