06:59 Bazar Günü, 15 Dekabr 2019
İDMAN

Şəhriyar Məmmədyarov “Grand Chess Tour”da sonuncu oldu - Qazandığı pul bəllidir

11:56, 11.11.20193833
Şəhriyar Məmmədyarov “Grand Chess Tour”da sonuncu oldu - Qazandığı pul bəllidir

Xəbər verdiyimiz kimi, Şəhriyar Məmmədyarov "Grand Chess Tour”dakı çıxışını başa vurub.

AZXEBER.COM   xəbər verir ki, Rumıniyanın paytaxtı Buxarestdə keçirilmiş rapid və blits üzrə "Superbet” turnirində səkkizinci yeri tutan Şəhriyar 7500 dollar qazanıb.

Sözügedən turnirdə 2,5 xal toplayan şahmatçımız bu turnirdə iştirak edən 12 qrossmeyster arasında sonuncu olmaqdan qurtula bilməyib. Belə ki, o, 22-26 noyabrda Hindistanın Kəlküttə şəhərində keçiriləcək "Tata Steel” turnirində iştirak etməyəcəyindən (qaydalara görə, hər şahmatçı "Grand Chess Tour”un yeddi mərhələsindən ikisini buraxır – S.M.), Şəhriyarın sonuncu olacağı və bu turnirdən qazandığı yekun məbləğ bəlli olub.

Beləliklə, Fil Dişi Sahilindəki rapid və blits turnirini buraxmış Şəhriyar Xorvatiyanın paytaxtı Zaqrebdə 3, Parisdə 3 (rapid və blits), Seynt Luisdə 1 (rapid və blits), "Sinkfild Kuboku”nda 6,5 və "Superbet”də (rapid və blits) 2,5 xal qazanmaqla ümumilikdə 16 xal qazanıb. Bununla da Şəhriyar dekabrın 2-də Londonda başlayacaq final mərhələsində iştirak edə bilməyəcək. Çünki ora düşmək üçün ilk "dördlük”də olmaq gərək idi. 

Hazırda isə bu yerdə norveçli Maqnus Karlsen, çinli Dinq Liren, fransalı Maksim Vaşye-Laqrav və ermənistanlı Levon Aronyan qərarlaşıb. Rusiyalı Sergey Karyakin Aronyanla eyni xala – 36,5 xala malik olsa da, birincinin ilk "dördlüy”ə düşməyəcəyi artıq bəllidir. Çünki Karyakin də Şəhriyar kimi bu yarışdakı çıxışını başa vurub.

Sonuncu olan Şəhriyarın isə bu turnirdən qazancı 48750 dollar olacaq.

Qeyd edək ki, Londondakı final mərhələsinin mükafat fondu 350 min dollardır.


XƏBƏR LENTİ