10:19 çərşənbə, 19 Fevral 2020
İDMAN

Şenol Günəş: “Neftçi” ilə “Qarabağ”ın matçı var idi, gedə bilmədim" - VİDEO

12:39, 14.02.20203262
Şenol Günəş:  “Neftçi” ilə “Qarabağ”ın matçı var idi, gedə bilmədim
Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəş Avro-2020 hazırlıqlarından danışıb.

AzxeberSport xəbər verir ki, "Haber Global”ın müxbiri Onur Tuğrulun suallarını cavablandıran baş məşqçi Azərbaycanla bağlı maraqlı açıqlama verib:

"Püşkatma bəlli olduqdan sonra Azərbaycana getdik, iki gün oteldə qaldıq, sahəyə baxdıq. Futbol Federasiyasının meydanlarına baxdıq, çox gözəl idi. Bir də "Neftçi”nin sahəsinə baxdıq, orada məşq edəcəyik. Orada özünü yad hiss etmirsən. İqtisadi vəziyyətə baxanda rifah səviyyəsi yaxşı görünür. Şənbə günü "Neftçi” ilə "Qarabağ”ın matçı var idi, gedə bilmədim. Amma yenə gedəcəyəm, Bakıya bir mətbuat konfransı sözü vermişəm. Sağ olsunlar bizimlə hər zaman maraqlanırlar. Orada da burada gördüyümüz diqqətin eynisini görürük. Eyni şəkildə komandaya qarşı sevgiləri var və komandanı öz komandaları olaraq görürlər. Bizi də orada ev sahibi kimi görürlər. Düşünürəm ki, bu ev sahibliyini çox yaxşı göstərəcəyik”.
 

XƏBƏR LENTİ