xari

"Sinovac" peyvəndinə Çində qadağa qoyulub? - RƏSMİ AÇIQLAMA - FOTO

SAĞLAMLIQ
22:07 30.12.2020
2276
Çinin İstanbuldakı baş konsulu Cui Vei onun adından yayılan xəbəri təkzib edib.
 
AZXEBER.COM-un məlumatına görə, iddia edilirdi ki, o "Sinovac" peyvəndinin Çində qadağan olduğunu deyib.
 
Konsulluq məsələ ilə bağlı rəsmi açıqlama yayıb. Həmin açıqlamanı təqdim edirik: Daha bir saxta xəbər. Baş konsulumuz heç vaxt peyvəndin Çində qadağan olduğunu deməyib.
 
Əsl həqiqət belədir: Çində peyvəndin təcili istifadəsi iyul ayından başlayıb. Peyvəndin tam icrası isə dekabr ayında Çinin müxtəlif əyalətlərində başladılıb. Qeyd edək ki, bu gün Çindən Türkiyəyə ilk dəfə olaraq "Sinovac" peyvəndi gətirilib.
 

 


OXŞAR XƏBƏRLƏR