07:12 Bazar Ertəsi, 14 Oktyabr 2019
SOSİAL

Sosial şəbəkədə kampaniya başladı: Əri tərəfindən öldürülən qadınlara görə

11:53, 10.10.20193016
Sosial şəbəkədə kampaniya başladı: Əri tərəfindən öldürülən qadınlara görə
Sosial şəbəkələrdə kampaniya başladılıb.
 
AZXEBER.COM xəbər verir ki, son günlər artan qadın cinayətlərinə görə belə bir kampaniya başladılıb.
 
Bununla bağlı paylaşılan məlumatda deyilir:
 
Bakı, Binəqədi rayonu, Avtovağzal metrosu yaxınlığında Nicat Abdullayev küçədə həyat yoldaşı Leyla Abdullayevanı uşaqlarının gözü qarşısında 20 bıçaq zərbəsi ilə qətlə yetirib.

▪️Beyləqanın, Yuxarı Aran kəndində döyülərək yolun kənarına koma vəziyyətində atılan 18 yaşlı Quliyeva Aygün Mehman qızı xəstəxanada vəfat edib. Döyülmə səbəbi müəmmalıdır.

▪️Daşkəsənin Əmirvar kəndində 19 yaşlı, hamilə olan Abdullayeva Ayşə Samir qızı gəlin getdiyi evdə qayınatası və qayınanası tərəfindən ölümcül döyülüb. Səbəb isə gəlin gələndə özü ilə cehiz kimi qoyun gətirməməsidir.

▪️Bakı, Nizami rayonunda 39 yaşlı İlham Əkbərov yaşadığı evdə arvadı, 36 yaşlı Əkbərova Cəvahir Telman qızını qısqanclıq zəminində bıçaqlayaraq öldürüb.

▪️Tərtərin Şıxarx qəsəbəsində qayınata əsəbləşərək avtomobillə gəlininin üstündən keçib. Hadisənin ailə münaqişəsi zəminində və qəsdən törədildiyi bildirilir.

▪️Gəncənin Bayan küçəsində, 1977-ci il təvəllüdlü Mustafayeva Natavan Sabir qızı əri Məhərrəm Sirati tərəfindən boğazı kəsilib.

▪️Bakının Nəsimi rayonunda qayınana və qızını beyzbol dəyənəyi ilə döyərək xəstəxanalıq edib.

▪️Abşeronun Masazır qəsəbəsində Abdullayeva Aynurə Bəhmən qızı əri Yaqub Qurbanov tərəfindən döyülərək öldürülüb.

▪️Bakıda məhbus Ramin Bayramov ona baş çəkməyə gələn həyat yoldaşı 33 yaşlı Elmira Bayramovanı döyüb və kəsici alətlə ona ağır xəsarət yetirib.

▪️Bakı, Atatürk prospektində Orxan və Aysel adlı şəxslər 1995-ci il təvəllüdlü Musazadə Nurlana İbrahim qızını döyərək, telefonunu alıb, hadisə yerindən uzaqlaşıblar.

▪️Xətai rayonu, NZS qəsəbəsi ailə münaqişə
si zəmnində qardaş öz bacısı, 1966-cı il təvəllüdlü Köçərli Bikə Məhəmmədəli qızını döyərək ağır xəsarət yetirib.

▪️Nəsimi rayonunda 44 yaşlı Abbasova Nəzirə Ağagül qızı keçmiş əri tərəfindən döyülüb.
XƏBƏR LENTİ