18:41 Bazar Ertəsi, 27 Yanvar 2020
DÜNYA

Stadiona getdiyi üçün təzyiqlə üzləşdi, özünü öldürdü - Foto

22:41, 10.09.201912462
Stadiona getdiyi üçün təzyiqlə üzləşdi, özünü öldürdü - Foto
İranda futbol matçına kişi paltarında getdiyi üçün təzyiqlərə məruz qalan Seher Khodayari özünü yandırdıqdan bir həftə sonra xəstəxanada dünyasını dəyişib.

Seher Khodayari mart ayında stadiona daxil olan zaman saxlanılıb. Üç günü müvəqqəti saxlama təcridxanasına keçirən qadın daha sonra sərbəst buraxılıb. Bundan sonra o, 6 ay məhkəmə prosesinin başlanılmasını gözləyib. Hakim qarşısına çıxacağı gün məhkəməyə gedən qadın prosesin təxirə salındığını öyrənib. Buna səbəb hakimin təcili işinin çıxması olub. Prosesin təxirə salınmasından sonra Seher məhkəmədən çıxan zaman özünü yandırıb.

Qeyd edək ki, 1981-ci ildən etibarən İranda qadınlar futbol matçlarına buraxılmır. Khodayarinin qadağanı pozduğu təsdiqlənəcəyi halda, onu 6 aydan 2 ilə qədər həbs gözləyirdi.
 
///Qafqazinfo

 



WordPress Hostinq
7.99 AZN -dən başlayan qiymətlərlə
• Pulsuz Domen
• Pulsuz SSL Sertifikat
• 20GB Disk Həcmi
• 1 Hesabdakı saytlar
• Limitsiz E-poçt
Daha ətraflı informasiya üçün: https://hostimul.com/az/hosting-azerbaycan/

XƏBƏR LENTİ