05:45 Bazar Ertəsi, 14 Oktyabr 2019
SOSİAL

Sürücü tərəfindən söyülən yol polisi təqaüdə göndərildi- VİDEO

16:30, 20.09.20197010
Sürücü tərəfindən söyülən yol polisi təqaüdə göndərildi- VİDEO
Bir neçə gün əvvəl Bakıda sürücü Fəxrəddin Nəsirov tərəfindən ağır küçə söyüşləri ilə təhqir olunan Nərimanov rayon Yol Polisi Şöbəsinin tağım komandiri Mehdi Səlimov tutduğu vəzifədən azad olunub. 

AZXEBER.COM xəbər verir ki, bu barədə "demokrat.az" məlumat verib. Verilən məlumata görə, Mehdi Səlimov təqaüdə göndərilib.
 
Hüquq-mühafizə orqanlarından BAKU.WS-ə məlumatı təsdiqlədilər. Bildirildi ki, həqiqətən də, Mehdi Səlimov təqaüdə göndərilib.

Xatırladaq ki, Mehdi Səlimovu təhqir etdiyinə görə sürücü Fəxrəddin Nəsirov barəsində Nərimanov rayon məhkəməsinin qərarı ilə 15 gün müddətində inzibati qaydada həbs tədbiri seçilib. 


XƏBƏR LENTİ