BAKU AZƏRBAYCAN
8°C
euro 1.8710
dollar 1.7010
rubl 0.0268
lirə 0.2700

TƏBİB Cəlilabadda koronavirus şübhələrinin olması xəbərinə münasibət bildirdi

TƏBİB Cəlilabadda koronavirus şübhələrinin olması xəbərinə münasibət bildirdi
SOSİAL
13:19 24.02.2020
4248
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) İranın Məşhəd şəhərindən ziyarətdən gələn iki nəfərin koronavirusa yoluxma şübhəsi ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilməsi barədə sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

TƏBİB-dən "Report”un sorğusuna cavab olaraq qeyd olunub ki, ötən gün və əvvəlki günlərdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına koronavirus şühbəsi ilə xəstə gətirilməyib.

Qeyd edək ki, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşları yalnız rəsmi məlumatlara inanmağa çağırır. 

Məlumat üçün bildirək ki, İranda koronavirusdan 12 nəfər dünyasını dəyişib. Azərbaycan İranla sərhəd keçid məntəqələrində məhdudiyyət tətbiq edir.

OXŞAR XƏBƏRLƏR