23:18 Cümə Axşamı, 05 Dekabr 2019
Maqazin

“Təbiiliyimi itirməmişəm” - “Hercai”nin Reyyanı

23:47, 14.07.201911134
“Təbiiliyimi itirməmişəm” - “Hercai”nin Reyyanı
"Hercai” serialının Reyyanı Ebru Şahin Nişantaşıda alış-veriş zamanı kameralara yaxalanıb.

Ebru Şahin ona ünvanlanan sualları cavablandırmaqdan qaçmayıb.

O söyləyib ki, məşhurulu həyatında heç nəyi dəyişdirməyib:

Təbiiliyimi itirməmişəm. Bir də Mardində gərgin rejimdə çalışırıq. Ona görə həyatımda nələrin dəyişdiyinə fikir verməyimizə fürsət olmur. Normal bir işlə məşğuluq və tək fərqimiz izləyicilərə xitab etməkdir. Həyatımdan bundan başqa heç nə dəyişməyib. Həm ölkə xaricində, həm də Türkiyədə sevənlərim var. Bu, təbii ki, bizi xoşbəxt edir, güman edirəm pərəstişkarlarımız artmaqda davam edər”.
 
///Axşam.az
XƏBƏR LENTİ