"Tək istəyim odur ki, desinlər oğlun sağdır" - Bayramın anası danışdı

SOSİAL
20:46 21.11.2020
3549
"Mən Bayramın yolunu bir il də gözləyərəm təki desinlər ki, balam sağdır. Mən onun azyaşlı oğlunu və həyat yoldaşını sakitləşdirə bilmirəm. Hamımız pərişanıq".

Bu sözləri AZXEBER.COM-a açıqlamasında erməni əsirliyində olan Kərimov Bayramın anası Kərimova Zülfiyyə deyib.

O bildirib ki, Bayram müharibəyə könüllü gedib: Bayram mənim ilk övladımdır. Ondan başqa bir oğlum və qızım var. O biri oğlum da cəbhədədir. 

Bayram II Qarabağ müharibəsi başlayan kimi könüllü olaraq orduya getdi. Sonuncu dəfə noyabrın 6-sı danışdı bizimlə. Bizə bildirdi ki, Şuşaya gedirlər və bundan sonra əlaqə yaratmaq çətin ola bilər. 

Zülfiyyə Kərimova deyib ki, Bayramın övladı atasının yolunu gözləyir: Oğlu atasının şəklinə baxıb "atam gələcək" deyərək ağlayır. Nə onu, nə də Bayramın həyat yoldaşını sakitləşdirə bilmirik.

Zülfiyyə ana bir daha Qırmızı Xaç Komitəsinə müraciət edib: "Balamı sağ-salamat qaytarıb versinlər. Balamın heç olmasa bir səsini və ya görüntüsünü versinlər. Şəklin göstərsinlər və desinlər ki, balam sağ-salamatdır. Eybi yox mən 1 il də gözləyərəm. Təki bilim ki, balam salamatdır və onu verəcəklər bizə.
 
Günel Hüseynli

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

12:59 27.11.2020

Türkiyədə zəlzələ olub

12:51 27.11.2020

“Qarabağın məşhur müəllimləri” - Famil Mehdi

12:42 27.11.2020

DYP sürücülərə müraciət edib

12:30 27.11.2020

Paşinyan ordunun zəif olduğunu deyən iş adamına nazir vəzifəsi verdi

12:21 27.11.2020

Masallı və Cəlilabadda beş nəfər COVİD-19 xəstəsi qaydaları pozub - FOTO

12:17 27.11.2020

Vətən Müharibəsində əməyi olan igidlərimizi tanıyaq - SİYAHI

11:56 27.11.2020

DSX-nin vəzifəli şəxslərinin məhkəməsi başlayıb

11:53 27.11.2020

Azərbaycanda koronavirusa yoluxanlar arasında təkrar yoluxma olub? - TƏBİB açıqladı

11:47 27.11.2020

Əfsanəvi komandirin zabit qızları illər sonra atalarının Ağdamdakı məzarını ziyarət etdilər - VİDEO

11:34 27.11.2020

Ağsunun icra başçısı ölməyib, vəziyyəti ağırdır - AÇIQLAMA

11:23 27.11.2020

Azərbaycan və İtaliya XİN rəhbərləri bölgədəki son vəziyyəti müzakirə etdilər

11:18 27.11.2020

Azər Türk Bank əhalinin özünüməşğulluq proqramına dəstəyini davam etdirir

11:07 27.11.2020

Azərbaycanda ictimai iaşə müəssisələri ilə bağlı XƏBƏRDARLIQ

11:05 27.11.2020

Gürcüstanda koronavirusa yoluxanların sayı 4 780 nəfər artdı

11:00 27.11.2020

Şuşa döyüşlərində dastana dönən qardaşlar: “Yaralı halda onu çiynimdə daşıdım, heç nə hiss etmirdim” - VİDEO

10:52 27.11.2020

Səhiyyə Nazirliyindən COVİD-19-la bağlı təhlükəli PROQNOZ