Katarakt

Hacı Şahin: "İftar məclislərinin geniş şəkildə qeyd olunması yoluxmanın sayını artıra bilər"

SOSİAL
13:00 31.03.2021
2147
Aprel ayının 13-də Azərbaycanda Ramazan ayı başlayır. Ötən il olduğu kimi bu il də müsəlman ölkələrində pandemiya səbəbindən bir sıra məhdudiyyətlərin olacağı gözlənilir. Türkiyədə Ramazan ayı boyunca imsak və iftar vaxtı toplaşmaq, toplu şəkildə yemək yemək qadağan edilib. 

Bəs koronavirus səbəbi ilə toplaşmaların qadağan olduğu bir vaxta evlərdə iftar süfrəsi təşkil etmək nə dərəcədə yolveriləndir? Hazırkı vəziyyətdə bu məsələlərə necə yanaşmaq lazımdır?

AZXEBER.COM bu suallara cavab tapmaq üçün "Məşədi Dadaş” məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Hacı Şahindən açıqlama alıb. O yoluxma dinamikasının yüksək olduğu bir vaxtda əhalini iftar süfrələri təşkil edərək kütləvi toplaşmamağa çağırıb:

"Keçən il olduğu kimi bu il Ramazan ayı pandemiya dövrünə təsadüf edir və buna görə dini ayinlər icra olunarkən bu məsələ nəzərə alınmalıdır. Yoluxma dinamikasının yüksək olmasına görə hal-hazırda insanların çox kütləvi şəkildə toplaşması məqsədəuyğun deyil. İftar məclislərinin geniş şəkildə qeyd olunması yoluxmanın sayını artıra bilər. Ona görə də əhali bu məsələni nəzərə almalıdır. Dinimizdə buyurulub və biz də dəfələrlə demişik ki, özünüzü təhlükəyə atmayın. Bu, Qurani-Kərimin ayəsində belə buyurulub. Ona görə də hər kəs öz sağlamlığını və ətrafdakıların sağlamlığını qorumalıdır”.

Hacı Şahinin sözlərinə görə iftar süfrələri təşkil edilərsə, bu zaman qoyulan qaydalar gözlənilməlidir:

"Tətbiq edilən qaydalar çərçivəsində iftar məclisləri keçirilə bilər, amma çoxlu sayda insanların toplaşması ilə iftar süfrələrinin təşkil olunması hazırda mümkün deyil”.

Hacı Şahin onu da qeyd edib ki, keçən il olduğu kimi bu Ramazan ayında da onlayn xütbələr təşkil olunacaq:

"Ötən il olduğu kimi bu il də məscidlərdə xütbələr təşkil olunacaq. O vaxta qədər bir dəyişiklik olmazsa, canlı yayım vasitəsilə xütbələr oxunacaq və qədr gecəsinə qədər məhdudiyyət davam edərsə, qədr gecəsinin ayinləri də məscidlərdə canlı şəkildə icra olunacaq, insanlar öz evlərindən qoşulub bu ayinləri yerinə yetirə biləcəklər”.
 
Aydın Nuri

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:14 30.07.2021

Türkiyədə meşə yanğınlarında ölənlərin sayı artdı - VİDEO

23:48 29.07.2021

Ceyhun Bayramov: "Bu çətin günlərdə Türkiyənin yanındayıq"

23:33 29.07.2021

Bakıda 71 yaşlı kişinin meyiti aşkarlanııb

23:19 29.07.2021

Kürdəmirdə gənc qız intihara cəhd edib

23:11 29.07.2021

Konfrans Liqası: "Qarabağ" növbəti mərhələyə vəsiqə qazandı

22:44 29.07.2021

Səfirlik: Frənk Pəllonun düzəlişi Azərbaycan-ABŞ tərəfdaşlığına xələl gətirmək yanaşmasını əks etdirir

22:04 29.07.2021

Türkiyədə koronavirusla bağlı son vəziyyət

21:47 29.07.2021

Ərdoğan: Bütün imkanlar meşə yanğınlarının aradan qaldırılmasına səfərbər edilib

21:26 29.07.2021

Son bir həftə ərzində dörd uşağın küçəyə atılmasının səbəbi narkotik istifadəsidir - VİDEO

21:24 29.07.2021

SMA Tunarla bağlı xoş xəbər: 2 milyon dollarlıq iynə vuruldu

21:16 29.07.2021

Peyvənd oluna bilməyənlərin aqibəti necə olacaq? – VİDEO

21:03 29.07.2021

Tokioda koronavirusa yoluxma sayında yenidən rekord qırıldı

20:54 29.07.2021

Ceyhun Bayramov Aİ-nin xüsusi nümayəndəsi ilə Ermənistan-Azərbaycan sərhədindəki gərginliyi müzakirə edib

20:49 29.07.2021

Fermerlərin nəzərinə: Agentlikdən virusla bağlı XƏBƏRDARLIQ

20:32 29.07.2021

İbrahim Kalın: "Meşə yanğınları milli fəlakətdir"

20:12 29.07.2021

Rusiya və Çin genişmiqyaslı hərbi təlimlərə başlayır