Makron: Qətərdən Fransaya qaz tədarükü təmin edilib

Makron: Qətərdən Fransaya qaz tədarükü təmin edilib
DÜNYA
18:25 21.10.2026
177
Fransa, ölkədə yaşayış xərclərinin artmasının səbəb olduğu kütləvi etirazlardan sonra enerji daşıyıcılarının qiymətlərini aşağı salmaq məqsədilə qış dövrü üçün Qətərdən qaz tədarükünü təmin edib.

Bu barədə "Gulf Times" portalı Fransa Prezidenti Emmanuel Makronun Dohadakı bəyanatına istinadən məlumat yayıb.

Onun sözlərinə görə, tədarük ayda saatda 2 TVt ekvivalentində hesablanacaq.

"Qış dövründə biz ayda saatda iki teravatt ekvivalent həcmdə mayeləşdirilmiş təbii qaz tədarükünü təmin etdik, bu da bizə irəliləməyə imkan verəcək", - o bildirib.
OXŞAR XƏBƏRLƏR