21:53 Bazar Günü, 26 Yanvar 2020
Maqazin

Təranədən Kərimə: “Bakı - Yalama qatarının ilk sərnişini sən olmusan”

22:31, 16.11.201965246
Təranədən Kərimə: “Bakı - Yalama qatarının ilk sərnişini sən olmusan”
"Əslində susmaq istədim, amma əsəblərimə hakim ola bilmirəm. Qınayan qoy, qınasın məni. Ağzımı açsam, sən gərək respublikadan başını götürüb qaçasan. Adını belə canfəşanlıqla çəkdiyin Elçinlə mənim neçə vaxtdır heç bir əlaqəm yoxdur".

AZXEBER.COM Axşam.az xəbər verir ki, bu sözləri prodüser Təranə Səmədova sosial şəbəkədə yazıb. O, keçmiş əri, müğənni Kərim Abbasovun onunla bağlı iddialarına cavab verib:

"Sən haqqında danışdığın o verilişdə susmağının səbəbi kamera arxasında oturub əsəbdən ayaqlarını yellədən Rüfət İsmayıl idi. İkinci səbəb isə düz yanımda oturan Həsən Həsrət idi. O qədər uzun-uzadı söhbətlər açıqlaya bilərəm ki... Məni niyə bu həddə çatdırırsan? Bir-bir adlar işarələyim bura?

Sən dediyin kimi "mama roza" olsaydım, ən birinci xalan qızı Könül Əzizi (Türkiyəyə köçən aktrisa Könül Əziz - red.) çıxardardım.  Ötən dəfə Bakı-Yalama qatarından danışırdın, ilk sərnişini özün olmusan. Davam edim, ya bəsdir? Allah, adını hallandırdığın namazının xatirinə get, işinlə məşğul ol. Mənim adımı az hallandır. Baldızına isə mənim adımdan təşəkkür edərsən".

Qeyd edək ki, Kərim Təranənin Elçin Əlibəyli ilə birləşib, onu biabır etməyə çalışdıqlarını iddia edib.

WordPress Hostinq
7.99 AZN -dən başlayan qiymətlərlə
• Pulsuz Domen
• Pulsuz SSL Sertifikat
• 20GB Disk Həcmi
• 1 Hesabdakı saytlar
• Limitsiz E-poçt
Daha ətraflı informasiya üçün: https://hostimul.com/az/hosting-azerbaycan/

XƏBƏR LENTİ