xari

Teymur Rəcəbov göz yaşlarına hakim ola bilmədi - Video

TOP4
22:00 03.01.2021
1086
Azərbaycan şahmatçısı Teymur Rəcəbov "Champions Chess Tour”un rapid üzrə onlayn keçirilən "Airthings Masters” turnirinin finalında Ermənistan təmsilçisi Levon Aronyan üzərində qələbə qazandıqdan sonra göz yaşlarına hakim ola bilməyib.

AZXEBER.COM-un məlumatına görə, rəqibini məğlub etdikdən sonra 33 yaşlı qrossmeyster sevincindən kövrəlib. Daha sonra o, kompüterinin ekranı önünü tərk edib.

Qeyd edək ki, final mərhələsi iki günü əhatə edib. Birinci günü 2,5:1,5 hesablı qələbə ilə bitirən Teymur Rəcəbov ikinci gündə də qalib gəlib - 2:1. Beləliklə, Rəcəbov turnirin qalibi və 60 000 ABŞ dolları məbləğində mükafatın sahibi olub.
 

OXŞAR XƏBƏRLƏR