xari

"Qarabağ" - "Molde" oyunu bu ölkədə keçiriləcək - RƏSMİ

TOP4
18:13 09.09.2020
1050

Çempionlar Liqasının III təsnifat mərhələsində Azərbaycanın "Qarabağ" klubu ilə Norveçin "Molde" klubunun oyunu Kiprin Larnaka şəhərində keçiriləcək.

AzxeberSport xəbər verir ki, Larnaka stadionunda baş tutacaq matç sentyabrın 16-sı Bakı vaxtı ilə 21:00-da start götürəcək. 

Qeyd edək ki, Norveç klubu Bakıya gələ bilməyəcəyini açıqlamışdı. UEFA da məhz bu səbəbdən oyunu neytral meydana təyin edib. 

OXŞAR XƏBƏRLƏR