15:17 Cümə Axşamı, 20 Iyun 2019
Maqazin

“Toy Olsun”un Ulvirası jurnalistləri məhkəməyə verir - AÇIQLAMA

22:16, 12.01.20122919
“Toy Olsun”un Ulvirası jurnalistləri məhkəməyə verir - AÇIQLAMA

Tanınmış teleaparıcı həyat yoldaşının bıçaqlanmasında əli olması barədə şayiələri yayanları məhkəməyə verəcəyini deyir.

AZXEBER.COM-un məlumatına görə, ANS-in aparıcısı Ulvira Qarayevanın əri Tərlan Mustafayevin bıçaqlanması ötən gündən etibarən ən çox müzakirə olunan xəbər olub. Hadisə ilə bağlı bir çox versiyalar, hətta şayiələr dolaşıb. Aparıcı özü bu məsələyə aydınlıq gətirib. Ulvira Qarayeva əri Tərlan Mustafayevin bıçaqlanmasında əli olması barədə şayiələri şərh edib. O, bu məlumatları qeyri-peşəkar jurnalistikanın nəticəsi adlandırıb və bunu yayan şəxslərin məsuliyyətə cəlb olunacağını deyib. “Onlar boş məlumatlarla sensasiya qazanmaq istəyiblər. Axı oxucuları yoxdur. Bununla onlar intriqalar və çaxnaşmalar yaradırlar. Mənim başım açılsın, başım açılan kimi onların cavabını verəcəm. Böyüklərim var, onlarla məsləhət edəcəm. Yəqin ki, bundan sonra həmin məlumatları yayanları məhkəməyə verəcəm”, - deyə aparıcı bildirib. Ulvira Qarayeva həyat yoldaşı, meyxanaçı Tərlan Dağlı ilə bağlı son olaraq münasibətlərinə aydınlıq da gətirib. O bildirib ki, boşanma dəqiq olacaq: “Çünki bundan artığını Tərlan mənə edə bilməzdi. İnsanıq, hər kəsin səhvi olur. Amma bu qədər yox. Mən bunu istəmirəm”.

Ans Press

XƏBƏR LENTİ