07:10 Bazar Ertəsi, 14 Oktyabr 2019
Maqazin

Türkan: "Maşın şou"da hər şey efirdən kənar baş verir""

14:24, 10.10.20193003
Türkan:
"Maşın" şouda yarışan müğənni Türkan Vəlizadə maraqlı açıqlama verib. 
 
AZXEBER.COM-a danışan müğənni oyun zamanı susqunluğun səbəbini dilə gətirib. 
 
"Elə hadisələr baş verir ki, o reklam fasiləsində və efirdən kənar baş verir. Efirdə isə hər kəs dəyişilir. Belə susqun durmağım taktikam deyil. Sadəcə mənə aid olan hadisələrə anında cavab verən insanam. Bəziləri düşünür ki, Türkan çox danışıb, qazandığı hörməti itirməkdən qorxur. Heç də elə deyil. Artıq neçə gündür ki, burdayıq. Burdan çıxandan sonra isə iştirakçılar üçün darıxacam. Hamımız mehribanlaşmışıq". 
 
Qeyd edək ki, müğənni maşın ətrafında susqunluğu ilə seçilən iştirakçılardan biridir. 
 
Nazim Qasımzadə 
XƏBƏR LENTİ