01:30 Bazar Günü, 23 Fevral 2020
HADİSƏ

Türkiyədə azərbaycanlı ailəsində dəhşət: Qəzəbli oğul anasını vəhşicəsinə qətlə yetirdi

10:07, 23.12.20191499
Türkiyədə azərbaycanlı ailəsində dəhşət: Qəzəbli oğul anasını vəhşicəsinə qətlə yetirdi
Türkiyənin Balıkesir bölgəsinin Edremit rayonunda oğul anasını qətlə yetirib. 

Hadisə Yaşyer məhəlləsində qeydə alınıb. 

Bildirilib ki, 18 yaşlı Əmrah Y. əslən azərbaycanlı olan anası, 45 yaşlı Vüsalə Y. ilə mübahisə edib. 

Mübahisə zamanı Əmrah əlinə götürdüyü dəmir parçası ilə anasının başına bir neçə dəfə zərbə endirib. 

Qadın hadisə yerində ölüb. Əmrah Y. polis tərəfindən saxlanılıb və məhkəməyə çıxarılaraq, barəsində həbs qərarı verilib.
 
///Oxu.az
XƏBƏR LENTİ