Türkiyədə koronavirusa yoluxmada rekord qeydə alındı

DÜNYA
21:20 21.11.2020
590

Türkiyədə ötən sutka ərzində 5 532 nəfər COVID-19 virusuna yoluxub ki, bu da rekord sayılır.

Faktı ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumatda bildirilir ki, gün ərzində 135 nəfər COVID-19-dan vəfat edib.

Bununla da Türkiyədə ümumilikdə 440 805 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 370 825 nəfər müalicə olunaraq sağalıb, 12 219 nəfər isə vəfat edib.

OXŞAR XƏBƏRLƏR