18:59 Cümə Axşamı, 20 Fevral 2020

Türkiyədə zəlzələ nəticəsində 14 nəfər ölüb

00:31, 25.01.20204067
Türkiyədə zəlzələ nəticəsində 14 nəfər ölüb
Türkiyənin Elazığ şəhərinin Sivrice rayonunda baş verən güclü zəlzələ nəticəsində on dörd nəfər ölüb.

Bunu Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu bildirib. O, qeyd edib ki, Malatyada 6, Elazığda 8 nəfər ölüb.

Onun sözlərinə görə, Elazığın Mədən rayonunda 5 mərtəbəli yaşayış binası çöküb:

"Həmin binada yaşayış olub. Xilasedicilər hadisə yerinə cəlb edilib. Dağıntı altında qalan insanları çıxarmağa çalışırlar. Bir nəfər sağ olaraq dağıntılar altından çıxarılıb. Ümid edirəm ki, çox itkimiz olmaz".
 
XƏBƏR LENTİ