Türkiyədəki zəlzələdə ölənlərin sayı artıb, xilasetmə əməliyyatı davam edir

Türkiyədəki zəlzələdə ölənlərin sayı artıb, xilasetmə əməliyyatı davam edir
DÜNYA
14:34 26.01.2020
6069

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı artıb.  

AZXEBER.COM xəbər verir ki, vəfat edənlərin sayı 35 nəfərə çatıb. 

Bunu bu gün Türkiyə mətbuatına açıqlamasında Daxili İşlər naziri Süleyman Soylu deyib. 

Dağıntılar altında qalan daha 45 nəfər isə xilas edilib. 

Son məlumatlara görə, hazırda dağıntılar altında 14 nəfərin qaldığı ehtimal edilir. 

Qeyd edək ki, yanvarın 24-də yerli vaxtla saat 20:55-də Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub. 

OXŞAR XƏBƏRLƏR