Türkiyənin baş naziri olmuş tanınmış siyasətçi vəfat etdi

DÜNYA
12:40 30.10.2020
398

Türkiyənin keçmiş Baş naziri Məsud Yılmaz 73 yaşında vəfat edib.

"Sabah” nəşri xəbər verir ki, ağciyərində şiş aşkarlanan siyasətçi bir müddət əvvəl əməliyyat olunmuşdu.

 

M.Yılmaz 1947-ci ildə İstanbulda anadan olub.

Türkiyənin "Ana Vətən” partiyasının qurucularından biri olan M.Yılmaz ölkəsinin baş naziri, xarici işlər naziri, mədəniyyət və turizm naziri vəzifələrində çalışıb.

OXŞAR XƏBƏRLƏR