"Vətən Sağ Olsun-3 Xüsusi Tapşırıq” layihəsində yeni təşəbbüs
Layihənin iştirakçıları və layihədə iştirak etmiş hərbçilər "İrşad Electronics”
tərəfindən xüsusi hədiyyələrlə mükafatlandırılacaqlar.
Bu təklif şirkət tərəfindən
təqdim olunub və layihə rəhbəri tərəfindən müsbət dəyərləndirilib. Bundan əlavə
finalçılara Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən xüsusi
pul mükafatı təqdim olunacaq.
"N” saylı hərbi hissədə keçirilən yarışda minlərlə gəncin arasından seçilən 10
tələbə verilən çətin, adrenalin dolu xüsusi tapşırıqları əzm və cəsarətlə yerinə
yetirir və qalib olmaq uğrunda mübarizə aparırlar.Qeyd edək ki, veriliş Azərbaycan
Respublikası Gənclər və İdman Nazirliyi, Daxili işlər Nazirliyinin Daxili Qoşunları və
M.Z. Productionun təşkilatçılığı ilə keçirilir və hər həftənin şənbə günü saat 11:15-
də İctimai TV-də yayımlanır.
Təşəbbüs göstərən şirkətin nümayəndəsi İTV-də yayımlanan MAG – Müasir
Azərbaycan Gəncləri verilişində qonaq olub.
Layihənin media dəstəyi azxeber.com-dur
Həmin verilişi təqdim edirik: