BAKU AZƏRBAYCAN
8°C
euro 1.8710
dollar 1.7010
rubl 0.0268
lirə 0.2700

Viktor Qasımov: "Hazırda 1000-ə yaxın şəxs karantində saxlanılır"

Viktor Qasımov:
SAĞLAMLIQ
22:03 23.03.2020
3054
"Hər yeni aşkar olunan şəxs qeydiyyata alınır və onunla ünsiyyətdə olan insanlar araşdırılır".
 
AZXEBER.COM apa-ya istinadən xəbər verir ki, bunu Səhiyyə nazirinin müavini Viktor Qasımov ölkədə tətbiq olunacaq xüsusi rejimlə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu günə qədər 72 hal aşkar olunub, onlardan 10-u sağalıb və bir nəfər dünyasını dəyişib: "Hazırda 1000 nəfərə yaxın şəxs karantində saxlanılır".

Nazir müavini qeyd edib ki, xəstəlik aşkar olunan şəxslərdən iki nəfəri xarici vətəndaşdır: "Xəstəlik aşkar olunan şəxslərin yaş aralığı 29-50-dur". 

OXŞAR XƏBƏRLƏR