12:54 Bazar Günü, 08 Dekabr 2019
SOSİAL

Vilayət Eyvazov ölkənin bütün rəislərini topladı - İclas keçirilir

11:23, 12.07.20194115
Vilayət Eyvazov ölkənin bütün rəislərini topladı - İclas keçirilir
Daxili İşlər Nazirliyində (DİN) geniş kollegiya iclası keçirilir.

AZXEBER.COM xəbər verir ki, iclasda respublikanın bütün şəhər və rayonları üzrə idarə və şöbə rəisləri, nazirliyin kollegiya üzvləri iştirak edirlər.

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun sədrliyi ilə keçirilən iclas 2019-cu ilin 6 ayı ərzində ölkədə cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına həsr edilib.

Qeyd edək ki, bu, V.Eyvazov daxili işlər naziri təyin olunduqdan sonra keçirilən ilk kollegiya iclasıdır.
XƏBƏR LENTİ