13:40 çərşənbə Axşamı, 28 Yanvar 2020
SOSİAL

Xaçmazda istirahət mərkəzini əxlaqsızlıq yuvasına çevirdi, polis əməliyyat keçirdi

21:03, 20.04.20197708
Xaçmazda istirahət mərkəzini əxlaqsızlıq yuvasına çevirdi, polis əməliyyat keçirdi
Xaçmaz rayonunda istirahət mərkəzlərində əxlaqsızlıq yuvası təşkil etməkdə təqsirli bilinən Azad Alışovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

AZXEBER.COM Teleqraf.com-a istinadən xəbər verir ki, Xaçmaz rayon Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı aprelin 24-nə təyin edilib.

İstintaq orqanı tərəfindən Azad Alışovun barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.

İttihama görə, Azad Alışov rayon ərazisində istirahət mərkəzlərindən birində iki qadını fahişəliyə cəlb edib. O, qadınları kişi müştərilərləgörüşdürüb, bunun müqabilində maddi gəlir əldə edib.

Polisin keçirdiyi əməliyyat nəticəsində Azad Alışov həbs edilib.

WordPress Hostinq
7.99 AZN -dən başlayan qiymətlərlə
• Pulsuz Domen
• Pulsuz SSL Sertifikat
• 20GB Disk Həcmi
• 1 Hesabdakı saytlar
• Limitsiz E-poçt
Daha ətraflı informasiya üçün: https://hostimul.com/az/hosting-azerbaycan/

XƏBƏR LENTİ