03:57 çərşənbə Axşamı, 15 Oktyabr 2019
MƏDƏNİYYƏT

Xəstəxanaya yerləşdirilən Ofeliya Sənanidən XƏBƏR VAR

11:14, 07.10.20192697
Xəstəxanaya yerləşdirilən Ofeliya Sənanidən XƏBƏR VAR
Xalq artisti Ofeliya Sənani yaxın günlərdə evə buraxılacaq.

AZCXEBER.COM xəbər verir ki, Respublika Müalicə Diaqnostika Mərkəzindən Trend-ə verilən məlumata görə, oktyabrın 5-də kəskin miokard infarktı diaqnozu ilə Respublika Diaqnostika Mərkəzinə daxil olan O.Sənani üzərində invaziv kardioloq, tibb üzrə fəlsəfə doktoru Şahin Xəlilov tərəfindən koronar angioqrafiya müayinəsi aparılıb. Müayinələr nəticəsində infarkt təsdiqlənməyib:

"Hazırda hipertonik kriz diaqnozu (arterial təzyiqin kəskin şəkildə yüksək səviyyəyə qalxması) ilə stasionar müalicəsi davam etdirilir. Vəziyyəti qənaətbəxşdir. Yaxın günlərdə evə yazılması planlaşdırılır".

Xalq artisti Ofeliya Sənani 05.10.2019-cu il tarixində kəskin miokard infarktı diaqnozu ilə Respublika Diaqnostika Mərkəzinə daxil olmuşdur. İnvaziv kardioloq, tibb üzrə fəlsəfə doktoru Şahin Xəlilov tərəfindən koronar angioqrafiya müayinəsi aparılmışdır. Müayinələr nəticəsində infarkt təsdiqlənməyib. Hazırda hipertonik kriz diaqnozu (arterial təzyiqin kəskin şəkildə yüksək səviyyəyə qalxması) ilə stasionar müalicəsi davam etdirilir. Vəziyyəti qənaətbəxşdir. Yaxın günlərdə evə yazılması planlaşdırılır.
XƏBƏR LENTİ