BAKU AZƏRBAYCAN
13°C
euro 1.8595
dollar 1.7000
rubl 0.0229
lirə 0.2543

Xocalı Soyqırımının 28-ci ildönümü ilə əlaqədar Efiopiyada tədbir keçirildi

Xocalı Soyqırımının 28-ci ildönümü ilə əlaqədar Efiopiyada tədbir keçirildi
SOSİAL
18:32 26.02.2020
2090

Xocalı Soyqırımının 28-ci ildönümü ilə əlaqədar olaraq, Efiopiyanın aparıcı təhsil ocaqlarından biri hesab olunan Milli Liderlik İnstitutunda açıq mühazirə keçirilmişdir. Tədbirdə Liderlik Institutunun tələbələri və müəllimləri iştirak edib.

 

AZXEBER.COM xəbər verir ki, çıxış edən səfir Elman Abdullayev Xocalı Soyqırımının Azərbaycanın tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğunu qeyd edərək,1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərinin dinc sakinlərinə qarşı soyqırım törətdiklərini vurğulamışdır. Səfir Ermənistan silahlı qüvvələrinin Xocalıya hücumu zamanı günahsız 613 azərbaycanlının vəhşicəsinə və amansızcasına qətlə yetirildiyini və onlardan 106 nəfərin qadın, 63 azyaşlı uşaq, 70 qocanın olduğunu, 8 ailənin tamamilə məhv edildiyini, 25 uşağın hər iki valideynini, 130 uşağın valideynlərdən birini itirdiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Həmçinin səfir E.Abdullayev artıq bir neçə ölkənin parlamentləri və ABŞ-ın 20-dən artıq Ştatının qanunverici orqanları tərəfindən Xocalı Soyqırımının tanındığını və bəşəriyyətə qarşı olan bu cinayətin pisləndiyini bildirmişdir.

 

Cinayətkar Ermənistanın beynəlxalq ictimaiyyətin mövqeyinə qarşı hörmətsizlik nümayiş etdirdiyini vurğulayan səfir E.Abdullayev, Azərbaycan ərazisinin 20 faizinin hələ də işğal altında saxladığını, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin tələblərinin yerinə yetirilmədiyini, 1 milyondan artıq qaçqın və məcburi köçkünümüzün öz tarixi torpaqlarına geri dönə bilmədiklərini qeyd etmişdir. Xocalı Soyqırımının təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş bir cinayət olduğunu bildirən səfir E. Abdullayev, bu əməlinə görə Ermənistanın dünya ictimaiyyəti qarşısında cavab verməli olduğunu vurğulamışdır. Çıxış zamanı səfir E.Abdullayev beynəlxalq ictimaiyyətinin məlumatlandırılması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi altında həyata keçirilən "Xocalıya Ədalət!” beynəlxalq kampaniyasının Xocalıda törədilmiş bu cinayətlərə hüquqi və siyasi qiymətin verilməsinə yönəldiyini bildirmişdir.

 

Tədbir zamanı Universitetin tələbə və müəllim heyətinə Xocalı Soyqırımından bəhs edən sənədli filmlər, Xocalı Soyqırımının canlı şahidlərinin müsahibələri və beynəlxalq KİV-lərin çəkdikləri foto şəkillər nümayiş etdirilmişdir.

 

OXŞAR XƏBƏRLƏR