Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər keçiriləcək

MƏDƏNİYYƏT
17:35 20.10.2020
404

Cari il 18 oktyabr tarixində rəşadətli Azərbaycan Ordusu 1993-cü ildə Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal edilmiş Cəbrayıl rayonunun ərazisində yerləşən dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan Xudafərin körpülərini işğaldan azad etmişdir. Xudafərin körpülərinin üzərində 27 ildən sonra yenidən Azərbaycan Respublikasının üçgəngli bayrağı ucaldılıb.

Tikilmə tarixinə görə dövrünün möhtəşəm mühəndis qurğularından olan Xudafərin körpüləri Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində yerləşən möhtəşəm tarixi abidədir.

Xudafərin körpüləri Araz çayının şimal və cənub sahillərini birləşdirir. Tarixi İpək yolunun üzərində yerləşən 11 tağlı körpü (inv. 12) XI-XII əsrlərdə, 15 tağlı körpü (inv. 13) isə XIII əsrdə inşa olunmuşdur. Azərbaycan memarlığının unikal abidələrindən olan Xudafərin körpüləri Yaxın və Orta Şərq regionunun ən əzəmətli, ən məşhur körpülərindən hesab olunur. Xudafərin körpüləri Böyük İpək Yolunun inkişafında mühüm rol oynamış və hərbi-strateji cəhətdən də müstəsna əhəmiyyətə malik olmuşdur.

15 aşırımlı körpünün antik dövrdə inşa edilmiş digər bir körpünün dayaqları üzərində tikildiyi ehtimal edilir. Coğrafi mövqeyinin əlverişli olması, yəni sahillərinin sal qayalarla əhatələnməsi burada körpünün tikilməsinə şərait yaratmışdır. Körpünün tağları bişmiş kərpicdən yığılsa da, doldurucu kimi çay daşından istifadə edilmişdir. 15 aşırımlı körpüdən 750 metr aralıda yerləşən 11 aşırımlı körpünün tikinti materialı kimi yonulmuş sal qaya daşlarından istifadə edilmişdir.

1993-cü ildə Cəbrayıl rayonu Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra Xudafərin körpüləri dağıntılara məruz qalmışdır. Bu da bir daha Ermənistan Respublikası tərəfindən "Silahlı münaqişə zamanı mədəni sərvətləri qorunması haqqında" UNESCO-nun 1954-cü il Haaqa Konvensiyası, "Dünya mədəni və təbii irsinin mühafizəsi haqqında" UNESCO-nun 1972-ci il Konvensiyası, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyası və digər beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasının, bu ölkənin təcavüzkar siyasətini davam etdirməsinin göstəricisidir.

Əminik ki, qısa zamanda rəşadətli Azərbaycan Ordusu işğal altında olan bütün torpaqlarımızı azad edəcək və 30 ilə yaxın bir müddətdə dağıntılara məruz qalmış yurd yerlərimiz və bütün tarix-mədəniyyət abidələrimiz dövlətimizin bu sahədə həyata keçirdiyi fəaliyyətə uyğun şəkildə bərpa edilib yenidən xalqımıza qaytarılacaqdır.

Müstəsna universal dəyəri, təkrarolunmaz landşaftı, yüksək memarlıq-mühəndis həlli, eləcə də iki ölkə ərazisində yerləşdiyini nəzərə alaraq Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə Azərbaycan Respublikası İran İslam Respublikası ilə birgə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:47 05.12.2020

Müdafiə Nazirliyi: Qaynar telefon xətləri fasiləsiz fəaliyyət göstərir

15:42 05.12.2020

Yeni ildə 5 gün evdəyik - RƏSMİ

15:24 05.12.2020

Lavrov Azərbaycan XİN rəhbəri ilə Qarabağdakı vəziyyəti müzakirə edib

14:59 05.12.2020

Ermənistanda Paşinyanın istefası tələbi ilə növbəti mitinq başlayır - VİDEO

14:36 05.12.2020

Ermənilər hərbi musiqini belə Türkiyə filmindən oğurlayırlar - AUDİO

14:31 05.12.2020

Rasim Musabəyovun açıqlaması sosial şəbəkələrdə də hiddətlə qarşılandı

14:19 05.12.2020

50 gün idi itkin düşən gənc şəhid kimi qayıtdı - FOTO

14:11 05.12.2020

Beynəlxalq Könüllülər Günü münasibətilə konfrans keçirilib - Fotolar

13:51 05.12.2020

II Qarabağ Müharibəsi zamanı döyüşdə məhv edilmiş erməni idmançıların siyahısı - ADLAR

13:36 05.12.2020

"Qarabağ"ın daha 5 futbolçusunda koronavirus aşkarlandı

13:17 05.12.2020

Xudavəngin dini varisləri geri qayıtdı - Monastra vaiz təyin olundu

13:13 05.12.2020

Ədalət Vəliyev dörd siyasi partiya sədri ilə videokonfrans formatında görüş keçirib

12:59 05.12.2020

Rusiyada daha 28 782 nəfər koronavirusa yoluxdu

12:50 05.12.2020

Ermənistanın yeni XİN rəhbəri Ara Ayvazyanın “kokain diplomatiyası”

12:44 05.12.2020

"Laçında Azərbaycan Himni oxundu və Şanlı Bayrağımız dalğalandı"

12:29 05.12.2020

Vətən Müharibəsində həlak olan mülki şəhidlərin ailə üzvlərinə sosial ödənişlər təyin edildi - RƏSMİ