BAKU AZƏRBAYCAN
8°C
euro 1.8710
dollar 1.7010
rubl 0.0268
lirə 0.2700

"Yenə çempionluğa oynayırıq" - Roberto Bordin

İDMAN
00:05 16.09.2019
6065
"İstədiyimiz oyun alınmadı. Çünki futbolçular istədiyimiz ritmdə çıxış etmədilər". 

AZXEBER.COM qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının IV turunda "Qarabağ"a uduzduqları oyundan (0:2) sonra mətbuat konfransında deyib.

- Müdafiədə yaxşı oynadığımız zaman qol buraxdıq. Hesab 0:1 olarkən imkanlarımız oldu, istifadə edə bilmədik. 0:2-dən sonra artıq tamamilə irəli atıldıq, rəqib əks-hücumlara imkan qazandı. Hətta bundan sonra da qol şanslarımız oldu. "Qarabağ" kimi komandaya qarşı 90 dəqiqə ərzində yüksək tempdə oynamaq lazımdır. Komandamız hər dəfə qol buraxandan sonra yaxşı oynamağa başlayır. Bunun da səbəbini bilmirəm.
 
- Komandanızın hər künc zərbəsi zamanı Beqoviç topu rahatlıqla götürürdü. Alternativ variantınız yox idi?

- Biz də hava toplarını rəqib qapıçısına vermək istəməzdik. Başla zərbələrimiz də oldu.
 
- Siz də daxil olmaqla, "Qarabağ"ın ilk 4 turda məğlub etdiyi bütün komandalar bu komandanın gücünü qabardır. Sizinlə 2-3 ilin komandaları arasında fərq yoxdur?

- Bunu demək normaldır. Çünki "Qarabağ"ın gücünü bilirik. Həm büdcə, həm də statistika baxımından güclüdülər.
 
- Düşünmürsünüz ki, "Neftçi"dəki uğursuzluq karyeranıza zərbədir və radikal addımlar atmalısınız?

- Mənim məşqçilik və ya futbolçuluq karyeramı bilirsiniz? Mən peşəkaram, komandam qələbə də qazanar, məğlub da olar.
 
- Məğlubiyyətin konkret səbəbini demədiniz, "Qarabağ"ın gücündən danışdınız. Belə çıxır ki, "Neftçi"nin çempionatda hədəfi dəyişib?

- Keçənilki hədəf kimi, yenə çempionluğa oynayırıq. Ötən mövsüm bəzi xal itkilərinə görə çempionluq əldən getdi. Halbuki yaxşı mübarizə apardıq. Bu mövsüm bəzi xal itkiləri o demək deyil ki, hədəfimiz dəyişib. Bir ay əvvəlki vaxta qayıtsaq, "Arsenal"a qarşı ən yaxşı oyunumuzu göstərdik. Həmin komandanı, həmin gücü qaytarmağa çalışıram. Komandamda bu gün istək çatmadı.
 
- Düşünmürsünüz ki, 2 hücumçulu taktikaya tez keçdiniz?

- Deməzdim sırf 2 hücumçu ilə oynadıq. Dabo ilə Rauf tez-tez Miçeli bağlamağa çalışırdı. Hücum baxımından isə buna məcbur idim.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:14 29.03.2020

Koronavirusa yoluxan azərbaycanlı xanım: “Ciddiyə alın, xəstəliyi olmayan gəncləri də öldürür”

15:12 29.03.2020

Abşeronda təbliğat qruplarında iştirak edənlərin sayı 50 nəfərə çatdırıldı - FOTOLAR

15:09 29.03.2020

“RAHAT” supermarketlər şəbəkəsinin əməkdaşları pozitiv əhval-ruhiyyə yaradırlar - VİDEO

14:56 29.03.2020

İranda koronavirusdan ölənlərin sayı 2640 nəfərə çatıb

14:43 29.03.2020

Səhiyyə Nazirliyi tibbi maskalarla bağlı əhaliyə müraciət etdi

14:38 29.03.2020

Jurnalist təşkilatı koronavirusla mübarizə tədbirlərinə qoşulur

14:34 29.03.2020

KOBİA əl dezinfeksiyaedici vasitə istehsalına dəstək verdi

14:19 29.03.2020

Azərbaycanda vəzifəli şəxsdə koronavirus aşkarlandı

13:50 29.03.2020

Koronavirus ilə mübarizədə Azəriqaz da yaşlı insanlara dəstək olacaq

13:32 29.03.2020

Bərbərxana və gözəllik salonu da bağlanmalıdır? – Rəsmi

13:31 29.03.2020

Şəmkirdə karantin rejiminə mobil qruplar nəzarət edəcək - Fotolar

13:11 29.03.2020

Rusiyada koronavirusa görə internet pulsuz oldu - QƏRAR

13:01 29.03.2020

ABŞ-da körpə koronavirusdan öldü

12:24 29.03.2020

DYP: Bu gündən Bakıda sürücülər cərimələnəcək

12:09 29.03.2020

Qusarda oğul anasını qətlə yetirib

11:56 29.03.2020

I siniflərə qəbul üzrə Alternativ qeydiyyat mərkəzlərinin iş prinsipi dəyişdirildi