19:04 şənbə, 21 Sentyabr 2019
İQTİSADİYYAT

'Yeni qaydalar xarici kapitalın Azərbaycan sığorta bazarına daxil olmasına mane olmayacaq'

15:40, 17.01.20131500
'Yeni qaydalar xarici kapitalın Azərbaycan sığorta bazarına daxil olmasına mane olmayacaq'

Bunu «APA-Economics»ə açıqlamasında Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin rəhbəri Namiq Xəlilov bildirib. 

Qeyd edək ki, Maliyyə Nazirliyinin təsdiqlədiyi «Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün sığortaçıların nizamnamə kapitallarının ümumi məbləğində xarici sığortaçıların payının son həddinin müəyyən edilməsi və bu payın hesablanması Qaydaları»na əsasən, Azərbaycanda fəaliyyət göstərən bütün sığortaçıların məcmu nizamnamə kapitalında bütün xarici sığortaçıların payının son həddi 30% nəzərdə tutulub.

N.Xəlilovun sözlərinə görə, hazırda sığorta bazarında xarici kapitalın payı hətta 10%-dən də azdır. Bu səbəbdən müəyyənləşdirilmiş 30%-lik hədd xarici kapitalın sığorta bazarına məhdudiyyət yaratmır. Bundan başqa, gələcəkdə bu həddin artırılması və ya tamamilə ləğv edilməsi nəzərdə tutulur.

XƏBƏR LENTİ