15:43 Cümə Axşamı, 20 Fevral 2020
Seçki2020

“Yetim” sözündən istifadə edən namizəd: “Sumqayıtlılar məni anladı”

14:17, 17.01.20205043
“Yetim” sözündən istifadə edən namizəd: “Sumqayıtlılar məni anladı”
43 saylı Sumqayıt seçki dairəsindən deputatlığa namizəd Şərif Xasıyevin posteri böyük maraqla qarşılanıb.

Gənc namizəd posterdə "Seçin, dadınıza YETİM” sözlərini yazıb.

Şərif Xasıyev sosial şəbəkələrdə böyük maraqla qarşılanan poster haqda AZXEBER.COM-a açıqlama verib. O deyib ki, sumqayıtlılar onun nə demək istədiyini anlayıb: 

"Mən Sumqayıtda doğulmuşam, orada böyümüşəm, oxumuşam. Namizədi olduğum 43 saylı Sumqayıt üçüncü seçki dairəsi də, ilk həyat dərsləri aldığım, yaxşını pisdən ayırmağı, sözünün üstündə durmağı öyrəndiyim həmin əraziləri əhatə edir. Şüara qaldıqda əminəm ki, həmşəhərlilərim məni düzgün anlayıb. Sumqayıtlılar onların dadına yetəcəyimə əmin olsunlar. Dada yetmək ifadəsi xalqımızın gözəl xüsusiyyətini əks etdirir, mən də bu ifadəyə doğma şəhərimdən incəlik qatmışam. Hətta onu qeyd edim ki, şüarda vergül işarəsi qoyulmayıb və düşünürəm düzəlişə ehtiyac yoxdur. Sumqayıtlılar o qədər arifdilər ki, bizə işarə də lazım deyil. Seçki dairəsinin əhatə etdiyi ərazidə yaşayan əzizlərdən səs, şəhərin digər ərazisindən isə mənəvi dəstək gözləyirəm, çünki seçildikdə gələcək işlər bütün şəhəri əhatə edəcək”.

Həmin posteri təqdim edirik:
XƏBƏR LENTİ