xari

Zərdabda qadının boğularaq qətlə yetirilməsi ilə bağlı cinayət işi başlandı

KRİMİNAL
19:06 01.03.2021
500
Martın 1-də saat 10 radələrində Zərdab rayon ərazisində 1968-ci il təvəllüdlü İsrəfilova Rəhilə Şahvələd qızına məxsus üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Zərdab rayon prokurorluğundan AZXEBER.COM-a verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1965-ci il təvəllüdlü Məhərrəm Aslanovun qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Rəhilə İsrəfilovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Zərdab rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Məhərrəm Aslanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:01 14.04.2021

Moody’s Bank Respublikanın reytinq üzrə proqnozunu iki pillə birdən yüksəltdi

14:56 14.04.2021

Putin vaksinin ikinci dozasını vurdurdu

14:41 14.04.2021

“Paşinyan əməkdaşlığa meyillidir, sadəcə indi...”

14:38 14.04.2021

Valideynlərin nəzərinə: Bakıda narkotik və əxlaqsızlığı təbliğ edən uşaq geyimləri satılır - FOTO

14:31 14.04.2021

“Caliber”: Ermənistanın İrandan ayrılma qorxusu - VİDEO

14:20 14.04.2021

"Metronu bağlayıblar, hamı avtobusda ağız-ağıza gedir"- VİDEOSORĞU

14:09 14.04.2021

Cəmşid Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM

13:49 14.04.2021

Erməni valideynlər Paşinyandan cavab gözləyir

13:46 14.04.2021

Lukaşenko: "Bizim münasibətlərimiz əladır və mən buna görə həmişə fəxr edirəm"

13:45 14.04.2021

"Razılaşdırdığımız məsələlərin praktiki həllini görürük"

13:45 14.04.2021

İlham Əliyev: "Bundan sonra da bir-birimizi dəstəkləməkdə davam edəcəyik"

13:42 14.04.2021

Azərbaycanlı müğənni boşanmaq istədiyi əri tərəfindən öldürüldü - FOTO

13:29 14.04.2021

İrəvanda maska üstündə bir sərnişin digərini öldürdü

13:11 14.04.2021

Azərbaycanda gəlin qayınanasını soydu - 11 min manatlıq cinayət

13:04 14.04.2021

Lukaşenko: “Heç bir pandemiya Belarus ilə Azərbaycan arasında əməkdaşlığa mane ola bilməz”

13:02 14.04.2021

Ermənistan prezidenti Gürcüstana səfər edəcək