10 yaşlı Sərxan həmin vaxt hədiyyəsinə baxırmış... - Video

10 yaşlı Sərxan həmin vaxt hədiyyəsinə baxırmış... - Video
HADİSƏ
12:14 02.01.2026
2203
Bakının mərkəzində azyaşlının ağır xəsarət alması ilə nəticələnən hadisənin təfərrüatı məlum olub.

AZXEBER.COM xəbər verir ki, ağır yaralanan uşağın fotosunu paylaşan bloqer Saleh Nəsirov hadisə barəsində bəzi məlumatları bölüşüb.

Bildirilib ki, hadisə dekabrın 25-i baş verib. Sərxan adlı 10 yaşlı oğlan başından yaralanıb və Mərkəzi Klinik Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib: "Uşaq beyin travması alıb. Onu polis əməkdaşları vaxtında xəstəxanaya çatdırıb. Maşınla vuranlardan - sedan avtomobilinin sahibi ilk gündən maraqlanır. Lakin "Mercedes ML” markalı avtomobilin sürücüsü dünən gəlib. Həmin gün məktəbdə bayram tədbiri keçirilib və Sərxana hədiyyə verilib. O, səkidə dayanıb hədiyyəsinə baxarkən bədbəxt hadisə ilə üzləşib”.

Qeyd edək ki, hadisə vaxtı uşağa ilk olaraq yol nişanının çırpılması da məlum olub.

Baş vermiş hadisə, xüsusilə "Mercedes”in sürücüsünün xəsarət alan azyaşlıya biganəliyi geniş müzakirələrə səbəb olub.

OXŞAR XƏBƏRLƏR