"IDC" 2023-cü ildə qlobal smartfon satış məlumatlarını paylaşıb.
AZXEBER.COM xəbər verir ki, "Apple" 13 ildə ilk dəfə "Samsung"dan daha çox telefon satmağı bacarıb.
"Samsung" uzun illərdir ki, bazarın ən böyük payına sahib olub, qənaətcil seçimlərdən tutmuş lüks qatlana bilən modellərə qədər geniş çeşiddə məhsullar təklif edir.
Lakin 2023-cü ildə vəziyyət dəyişib və "Apple ötən il 20 faiz payla qlobal smartfon bazarında liderlik edib.
Cənubi Koreyanın smartfon istehsalçısı Samsung-un bazar payı 19 faiz olaraq qalıb.
Üçüncü yeri "Xiaomi" şirkəti tutub və onun 2023-cü ildə 145 milyon satışı olub.
Digər tərəfdən Huawei, Honor və OnePlus kimi daha sərfəli alternativlər təqdim edən markalar da bazarda əhəmiyyətli yer tapmağa başlayıb.
İlin ikinci yarısında müşahidə olunan artım tendensiyası 2024-cü il üçün sektorda canlanmaya ümid verir.
Maraqlıdır ki, "Apple"nin bu dövrdəki uğuru yeni "İPhone 15" seriyası ilə deyil, "İPhone 14" modellərinin satışı sayəsində əldə edilib.
"Apple" 2023-cü ildə bazar payına görə lider olsa da, şirkətin gəlirlərində azalma var.
Mikayıl