Uzun müddət Amerikada yaşayan müğənni İlhamə Qasımova vətənə qayıdıb.
AZXEBER.COM xəbər verir ki, müğənni ARB TV-də yayımlanan "Söhbət var" verilişində qonaq olub. O vətənə qayıdan zaman 14 gün karantində qaldığını deyib:
"14 gün karantində qaldım. Ürəyimdə o qədər qorxu hissi var idi ki, evə girəndə heç kimi özümə yaxın buraxmadım. Öz otağımda 20 gün qaldım. Daha sonra valideynlərimi öpüb-qucaqlamışam”.