ABŞ-ın Arkanzas ştatındakı Murfrisboro şəhərində yaşayan 14 yaşlı Tana Klaymer çoxlarının arzuladığı xoşbəxtliklə üzləşib.
AZXEBER.COM “Habertürk”ə istinadən xəbər verir ki, T.Klaymerin şəhərin “Crater of Diamonds” Milli Parkından tapdığı brilyant parçasının çəkisi 3,85 karatdır. Parkın əməkdaşları 14 yaşlı qızın ötən şənbə günü ərazidən brilyant parçası tapdığını təsdiqləyiblər. Masraqlıdır ki, “Crater of Diamonds” parkı ərazisində insanların sərbəst şəkildə brilyant axtara biləcəyi yeganə açıq mədən var.

