14 yaşlı qız parkda iri brilyant parçası tapıb -FOTO

MARAQLI
16:32 22.10.2013
4016

ABŞ-ın Arkanzas ştatındakı Murfrisboro şəhərində yaşayan 14 yaşlı Tana Klaymer çoxlarının arzuladığı xoşbəxtliklə üzləşib.

AZXEBER.COM “Habertürk”ə istinadən xəbər verir ki, T.Klaymerin şəhərin “Crater of  Diamonds” Milli Parkından  tapdığı brilyant parçasının çəkisi 3,85  karatdır. Parkın əməkdaşları 14 yaşlı qızın ötən şənbə günü ərazidən brilyant parçası tapdığını təsdiqləyiblər.   Masraqlıdır ki, “Crater of  Diamonds”  parkı ərazisində insanların sərbəst şəkildə brilyant axtara biləcəyi yeganə açıq mədən var.

OXŞAR XƏBƏRLƏR