Gəlin toyun ilk günü özünü yataq otağında bağlayıb
Səudiyyə Ərəbistanında utancverici hadisə yaşanıb. 15 yaşlı qız 90 yaşlı kişiyə ərə verilib. Lakin gənc qız toy günü özünü yataq otağında bağlamaqla yaşlı kişidən xilas ola bilib. Belə ki, iki gecə yataq otağında qalan qız sonradan ailəsinin yanına qaça bilib. "Əl Arabiya" telekanalının məlumatına görə, 90 yaşlı kişi gənc arvadı üçün yeni qohumlarına külli miqdarda pul ödədiyini deyərək, onlardan şikayət edib. Səudiyyə Ərəbistanı Beynəlxalq insan Haqları Təşkilatının nümayəndəsi Süheyla Zeynel Abidin də baş verən bu hadisəni tənqid edib. O, uşaqların bu cür faciələrdən qorunmalı olduğunu deyib. Zeynel Abidin bəzi ataları uşaqlarını pul müqabilində satmaqda ittiham edib. (anspress)